Haqqımızda

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Azərbaycan Rəssamlıq Akademiyası Həmkarlar İttifaqı Komitəsi Azərbaycan Rəssamlıq Akademiyası və Azərbaycan Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kollecində çalışan professor, dosent, müəllim heyətinin və digər təhsil işçilərinin sosial-iqtisadi hüquqlarını və peşə maraqlarını qorumağı özünün əsas vəzifəsi hesab edir.
Komitənin fəaliyyəti əsasən əmək münasibətlərinin düzgün tənzimlənməsi, üzvlərin sosial müdafiəsinin gücləndirilməsi, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, həmçinin mədəni, maarifləndirici və ictimai tədbirlərin təşkili istiqamətlərini əhatə edir.
Struktur baxımından Komitə, Azərbaycan Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kolleci HİK ilə sıx əməkdaşlıq şəraitində çalışır və üzvlərin hüquq və mənafelərinin müdafiəsi istiqamətində müxtəlif təşəbbüslərlə çıxış edir.
Bundan əlavə, istirahət imkanlarının təşkili, sanatoriya-kurort yollayışlarının verilməsi, həssas qruplar və gənclərlə iş sahəsində həyata keçirilən tədbirlər də Komitənin əsas fəaliyyət istiqamətlərindəndir.
Komitə öz üzvləri ilə daimi ünsiyyət saxlayaraq, həmrəylik və sosial ədalət prinsipləri əsasında fəaliyyətini davam etdirir.

İttifaqın struktur genişliyi və üzv sayı
Azərbaycan Rəssamlıq Akademiyası Həmkarlar İttifaqı Komitəsi 1566 nəfər ittifaq üzvünü özündə birləşdirir.
Azərbaycan Rəssamlıq Akademiyası Həmkarlar İttifaqı Komitəsinin fəaliyyət istiqamətləri:


