“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Sədr

Sədr

Ələkbərov Emin Akif oğlu

Doğum tarixi

1977: anadan olmuşdur.


Təhsil

1994: Ə.Əzimzadə adına Rəssamlıq Texnikumunu (Bakı, Azərbaycan) bitirmişdir.

1998: Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində bakalavr təhsili almışdır (Bakı, Azərbaycan).

2000: Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində magistr təhsilini başa vurmuşdur (Bakı, Azərbaycan).

2017: Azərbaycan Milli Elmlər Akademiyasının dissertantı olmuş, Sənətşünaslıq üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsini almışdır.

Karyera

2001-ci ildən: Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında tədris ustası kimi fəaliyyətə başlamışdır.

Hazırda: Akademiyanın “Bədii keramika, şüşə və metal” kafedrasında dosent vəzifəsində çalışır.


Üzvlük

1998: Azərbaycan Rəssamlar İttifaqının Gənc Rəssamlar Birliyinin üzvü olmuşdur.

2005: Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.


Mükafatlar və nailiyyətlər

1996: Azərbaycanda keçirilən xəttatlıq müsabiqə-sərgisində iştirak edərək “Qızıl sikkə” mükafatına və Fəxri Fərmana layiq görülmüşdür (Bakı, Azərbaycan).

2012: Xocalıya həsr olunmuş müsabiqədə həvəsləndirici mükafat almışdır (V. Səmədova adına Sərgi Salonu, Bakı).

2019: “Soyqırım” adlı Respublika sərgi-müsabiqəsində, dekorativ-tətbiqi sənət nominasiyası üzrə II yerə layiq görülmüşdür.